Azərbaycan millisi Gəncədə oynayacaq.
Bu barədə AFFA-dan məlumat əldə etmişik.
Sentyabr ayında UEFA Millətlər Liqasında yeni mövsüm start götürəcək.
D liqasında mübarizəyə qoşulacaq Azərbaycan millisinin rəqibləri Litva və Lixtenşteyn yığmalarıdır.
İlk ev oyununda Ayxan Abbasovun yetirmələri Lixtenşteyni qonaq edəcək.
Federasiya rəsmiləri məhz bu görüşün Gəncə şəhər stadionunda keçirilməsinə qərar verib.
Yenidən tikilən Gəncə şəhər stadionun açılışı ötən il olub.
Amma meydanın örtüyü hazır olmadığı üçün "Kəpəz" hələ də ev oyunlarını orada keçirə bilmir.
XANOĞLAN / SPORTİNFO.AZ

