Bakıda məşqçilər üçün beynəlxalq seminar keçiriləcək

11 Mart 05:50 Voleybol 395
Bakıda məşqçilər üçün beynəlxalq seminar keçiriləcək

Bakıda voleybol məşqçiləri üçün beynəlxalq seminar keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Level 2 seminarı mayın 25-dən 29-dək Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən təşkil olunacaq.

Seminara FIVB-nin məşqçi-instruktoru, professor, türkiyəli Cengiz Akarçeşme rəhbərlik edəcək.

FIVB-nin müəyyən etdiyi şərtlərə əsasən, Level-1 kursunu ən azı 2 il öncə keçmiş mütəxəssislər seminara qatıla bilərlər.

Namizədlər ingilis dilini bilməli, həmçinin sağlamlıq vəziyyəti, fiziki hazırlıq səviyyəsi və məşqçilik bacarıqları ilə tələblərə cavab verməlidirlər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 Aprel 18:10 Çək və bizə göndər!