"Turan Tovuz"un Tovuza qayıdışı yenə yubandı.
Tovuz şəhər stadionun ot örtüyü hələ də tam hazır deyil.
Bölgə klubu qarşıdakı 2 oyunun dəqiq Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirəcək.
Buna səbəb "Azərsun Arena"nın da təmirə bağlanmasıdır.
Bu, ilk belə hal deyil.
Daha əvvəl Qərb təmsilçisi "Sumqayıt"la ev oyununu da də Sumqayıt şəhərində keçirib.
Ümumiyyətlə, bu mövsüm "Turan Tovuz" kimi "Araz-Naxçıvan" da 3 fərqli meydandan ev oyunu üçün istifadə edib.
Belə məqamda "İmişli"nin halına ağlamamaq mümkün deyil.
Niyəsə "Araz", "Turan"a gələndə bütün qapılar açılır.
Nəinki bir, hətta bir neçə stadiondan istifadə etmək hüququ verilir.
Amma Quba Olimpiya Kompleksinin yararsız meydançasının ümidinə qalan Aran təmsilçisinə əl uzadan yoxdur.
Bakıda ev oyunlarını keçirməsinə qeyri-rəsmi şəkildə qadağa qoyulub.
Deməli, "İmişli"yə də Bakıdakı yaxşı meydançalarda ev oyunlarını keçirmək üçün şərait yaratmaq olarmış. Və ya elə həmin Sumqayıtda.
Məncə, Premyer Liqanın iki iştirakçısına güzəşt edib, digərinə qadağa qoymaq ədalətli deyil.
Ən başlıcası idman prinsiplərinin tapdalanmasıdır.
Belə məqamda Qubada oynadığına görə "İmişli"ni qınamağa dəyməz.
Belə münasibətdən sonra daha betər şərtlər altında rəqiblərini qəbul etsələr yenə yeri var.
Bilin, Qurban Qurbanov başda olmaqla bütün məşqçilərin Quba stadionu ilə bağlı şikayət və üsyanı təkcə "İmişli"nin ünvanına deyil...
XANOĞLAN / SPORTİNFO.AZ

