2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 Dünya Çempionatında iştirak edəcək 20 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi postuna Ruy Jorje gətirildi.
İndi qaldı heyəti formalaşdırmaq...
Portuqaliyalı mütəxəssis heyəti 2007/08 təvəllüdlü oyunçulardan quracaq.
Bəs bu yaşda olan oyunçular arasında kimlər var?
İlk olaraq Azərbaycan Premyer Liqasına göz atdıq.
12 klubdan səkkizində bu yaşda bir oyunçu belə yoxdur.
Digər dörd klubdakı vəziyyət aşağıdakı kimidir:
"Qarabağ" - Hikmət Cəbrayılzadə (2007)
"İmişli" - Nazim Hüseynov (2007)
"Qəbələ" - Həbib Hüşənov (2007), Ziya Şəkərxanov (2007).
"Sumqayıt" - Nadir Orucov (2007).
Birinci Liqa ilə davam edək...
"Baku Sportinq" - Aymir Zülfiqarov (2007).
"Cəbrayıl" - Həsən Həsənov (2008).
MOİK - Elbrus Kərimov (2008), Nadir Nəsibli (2008).
"Səbail" - Fariz Hüseynov (2007).
"Şahdağ Qusar" - Arsen Xəlilov (2007).
"Şəfa" - İsmayıl Rzayev (2009).
"Şimal" - Arzu Mədətov, Elmar Babayev, Şükür Ağabəyov, Sənan Mirzəyev (hamısı 2007).
Gördüyünüz kimi, vəziyyət ürəkaçan deyil. Futbolçu hovuzu çox balacadır.
Premyer Liqada cəmi 5 oyunçu əcnəbi mütəxəssisin işinə yaraya bilər. Həmin 5 futbolçudan yalnız Nadir Orucov normal oyun vaxtı qazanır. Digərləri gününü ehtiyat oyunçular skamiyasında keçirir.
Birinci Liqada isə Ruy Jorjenin xidmətindən istifadə edə biləcəyi 10 oyunçu var. Heç biri aşağı liqa klubunda əsas heyət üzvü hesab olunmur.
1 ilin içində vəziyyətin yaxşılaşmaq ehtimalı sıfıra bərabərdir.
Çox uzatmadan deyə bilərik ki, gələn ilin millisini formalaşdırmağa faktiki oyunçu yoxdur.
Yuxarıdakı tablo hər şeyi deyir. Əlavə şərhə ehtiyac görmürəm.
Görəsən, belədə yenə əcnəbiyə üz tutmağın anlamı nədir?
O, bizə nə verə bilər/biləcək?
Baş sındırmağa dəyməz, suallar ritorikdir.
Yaxşı olardı ki, öncə normal akademiyalar qurardıq, futbolçu yetişdirərdik və sonra gedib xaricdə yaxşı əcnəbi məşqçi axtarardıq.
Zaman gedir, biz isə dəyişmirik. Elə ona görə də yerimizdə sayırıq, yox, dala gedirik...
XANOĞLAN / SPORTİNFO.AZ

