Öz xidmətini Premyer Liqa klubuna təklif elədi - Gəlib baş məşqçiniz olum?

18:20 İngiltərə 123
Öz xidmətini Premyer Liqa klubuna təklif elədi - Gəlib baş məşqçiniz olum?

İtaliyalı çalışdırıcı Roberto De Zerbi növbəti mövsümdən “Mançester Yunayted”in baş məşqçisi olmağa hazırdır.

Sportinfo.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.

46 yaşlı mütəxəssis klub rəhbərliyinə komandanı çalışdırmaq niyyətində olduğunu çatdırıb. Bu qərar hazırda komandanın baş məşqçisi olan Maykl Karrik üçün vəziyyəti çətinləşdirə bilər.

De Zerbi seçim edərkən “Tottenhem” və “Mançester Yunayted” variantlarını nəzərdən keçirib. Ancaq londonluların turnir cədvəlindəki qeyri-müəyyən mövqeyi, klubun gələcək perspektivləri onun qərarında rol oynayıb və “qırmızı şeytanlar”ı seçib.

UEFA Çempionlar Liqasında mübarizəni hələ də davam etdirən “Tottenhem” İngiltərə Premyer Liqasında turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb və komandanı düşmə zonasından 1 xal ayırır.

“Mançester Yunayted” isə 3-cü pillədədir və növbəti mövsüm Çempionlar Liqasına vəsiqə qazanmaq ehtimalı böyükdür.

Hazırda Karrikin istefası məsələsi müzakirə olunmur. Bununla belə, klubun direktorlar şurası onu uzunmüddətli seçim kimi görmür və yalnız müvəqqəti variant hesab edir.

Komanda onun rəhbərliyi altında keçirdiyi 8 oyunda 6 qələbə qazanıb, 1 heç-heçə edib və 1 dəfə məğlub olub.

De Zerbi bu ilin fevralında “Marsel”dən ayrıldıqdan sonra işsizdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti