
Mərakeşdə dövlətin futbol tədbirlərinə böyük vəsait ayırmasına qarşı keçirilən etiraz aksiyaları zamanı 3 nəfər həyatını itirib, 280-dən çox şəxs yaralanıb.
Sportinfo.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Bildirilib ki, son həftələr ərzində ölkənin müxtəlif şəhərlərində 2030-cu il Dünya Çempionatı və Afrika Millətlər Kubokunun təşkili ilə bağlı xərclərə etiraz olaraq kütləvi nümayişlər təşkil olunub.
Əsasən, gənclərdən ibarət olan etirazçılar yeni stadionların inşasına və turnirlərə hazırlıq işlərinə sərf olunan milyonlarla dollarlıq investisiyalara qarşı çıxaraq, bu vəsaitlərin səhiyyə, təhsil və nəqliyyat kimi sosial sahələrə yönəldilməsini tələb ediblər.
Mərakeş Daxili İşlər Nazirliyinin məlumatına əsasən, iğtişaşlar nəticəsində 409 nəfər saxlanılıb, 20 etirazçı və 260-dan çox polis əməkdaşı yaralanıb.
3 nəfərin isə polis idarəsinə hücum cəhdi zamanı həlak olduğu bildirilib.