"O, "Qarabağ"da küçə futbolu oynayır" - VİDEO

17:20 Qarabağ 2 207
"O, "Qarabağ"da küçə futbolu oynayır" - VİDEO

"Emmanuel Addai küçə futbolu oynayır".

Bu sözlər ATV kanalında yayımlanan "Futbolumuz" verlişinin aparıcısı Ceyhun Rzayevə aiddir.

O, Çempionlar Liqasının ikinci turu çərçivəsində "Kopenhagen"ə ikinci qolu vuran qanalı vingerin oyununa maraqlı qiymət verib.

Tanınmış telejurnalistin fikrincə, afrikalı legioner yekun hesabı müəyyənləşdirdiyi epizodda gözlənilməz hərəkətlər edib.

Addainin özünü sanki məhlə futbolundaymış kimi hiss etməsinin Danimarka komandasında da çaşqınlıq yaratdığını vurğulayıb.

Rzayev bildirib ki, adıçəkilən yarımmüdafiəçi həmin fraqmentdə qapını dəqiq nişan almasaydı, Qurban Qurbanov oyundan sonra onu vaxtında ötürmə verməməsinə görə möhkəm danlayacaqdı.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti