Avropaya viza ala bilməyən məşqçini millidə kim əvəzlədi?

14:00 Milli komanda 859
Avropaya viza ala bilməyən məşqçini millidə kim əvəzlədi?

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Çexiya və Şotlandiya ilə qarşılaşacaq.

Komandamız oktyabrın 10-da səfərdə Çexiya, 14-də evdə Şotlandiya ilə üz-üzə gələcək.

Yığmamızın bu ərəfədə bəzi planları dəyişib. Daha doğrusu, müvəqqəti olaraq kollektivin başına gətirilmiş Rəşad Eyubov öz korpusunu formalaşdıra bilməyib.

O, Fərid Namazovu köməkçi kimi ekibə daxil etsə də, Rauf Mehdiyevlə bağlı problem yaranıb.

Əvvəllər aşağı yaş qrupları üzrə millilərdə qapıçı işləmiş, axır 4 aya kimi «Mingəçevir»də çalışmış mütəxəssisə «şengen» vizası almaq mümkün olmayıb.

Odur ki, AFFA U-19-da Elxan Abdullayevin yardımçılarından Hüseyn Məhəmmədovu U-21-in sıralarına qoşub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti