
"Qurban Qurbanov mükəmməl əttar və parfümerdir".
Bu sözlər ATV kanalında yayımlanan "Futbolumuz" verlişinin aparıcısı Ceyhun Rzayevə məxsusdur.
O, Çempionlar Liqasının əsas mərhələsinin ilk iki turunda qadib gələn "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun möcüzəyə bərabər iş gördüyünü bildirib.
Tanınmış telejurnalist onun yaratdığı komandanı "niş" ətirə bənzədib.
Rzayevin dediyinə görə, qitənin ən mötəbər turnirində "Benfika" və "Kopenhagen"ə qalib gələn "köhlən atlar" milyarder klublarla ayaqlaşmağı bacarır:
"Qarabağ", əslində, kütləvi bazar üçün istehsal olunan, amma "niş" ətir qədər cazibəyə malik parfümdür. Buna görə Qurban Qurbanova həqiqətən böyük bir alqış düşür".
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN