
Norveçli FIFA referisi Rohit Saqqi daha əvvəl də Azərbaycan millisinin matçına təyinat alıb.
Sportinfo.az xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsində Fransa - Azərbaycan qarşılaşmasını idarə ədəcək 33 yaşlı hakim ikinci dəfə yığmanın oyununda iş başında olacaq.
O, 2024-cü ildə komandanın UEFA Millətlər Liqasında Slovakiya ilə Bakıda reallaşan görüşündə ədaləti qoruyub. Həmin qarşılaşmada qonaqlar 3:1 hesabı ilə qalib gəliblər.
Bundan əlavə, Rohit Saqqi daha əvvəl "Neftçi"nin avrokubok matçına təyinat alıb.
2022-ci ildə Avstriyada yerli "Rapid" kollektivi ilə UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda norveçli hakim söz sahibi olub. "Ağ-qaralar" rəqibinə əlavə vaxtda iki cavabsız qolla uduzub.
Oktyabrın 10-da Parisdəki "Park de Prens" stadionunda keçiriləcək Fransa - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.