Məşhur xanım idmançı sinəsini böyütdü, meydanlara qayıtdı - FOTOLAR

03:00 Hadisə 142
Məşhur xanım idmançı sinəsini böyütdü, meydanlara qayıtdı - FOTOLAR

28 yaşlı fransız tennisçi Osean Doden, aqressiv oyun tərzi və xarizması ilə tanınan idmançı, zahiri görünüşündə etdiyi dəyişiklikdən səmimi şəkildə danışıb.

Sportinfo.az xəbər verir ki, o, karyerasındakı məcburi fasilədən istifadə edərək çoxdan arzuladığı sinə böyütmə əməliyyatını həyata keçirdiyini etiraf edib.

“Mən bunu çoxdan düşünürdüm. Əməliyyatdan sonra bərpa prosesi təxminən iki ay çəkir, buna görə də bunu mövsüm zamanı etmək mümkün deyildi. Fikrimi belə dedim: onsuz da yarım illik fasilə verirəmsə, niyə istədiyimi etməyim? İndi etmək daha yaxşıdır, nəinki 40 yaşımda, karyeram bitəndə”, – deyə Doden "RMC Sport"a açıqlamasında bildirib.

Tennisçi zarafatla əlavə edib:

“Bəli, indi onlar kiçik deyil, amma oynamağa mane olmur. Xüsusi idman büstqalterləri var. Yəqin ki, belə əməliyyatdan sonra korta çıxan ilkəm. Nə vaxtsa kimsə birinci olmalı idi!”

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:20 Bu cür seçim etdilər
8 Oktyabr 07:50 Zirvədəkilər... VİDEO