Millinin yeni baş məşqçisi AFFA-nın təyinat planını necə dəyişdi?

14:20 Milli komanda 413
Millinin yeni baş məşqçisi AFFA-nın təyinat planını necə dəyişdi?

Millinin yeni baş məşqçisi Ayxan Abbasov AFFA rəhbərliyinin planlarını dəyişdirib.

Federasiya onun tərk etdiyi U-21-in sükanı arxasına Rəşad Eyubovu yox, Elnur Çodarovu gətirmək istəyib.

Onun namizədliyinin üzərində dayanıldığı vaxt Abbasov məsələyə qarışıb. Həm «Şamaxı»da, həm də gənclər yığmasında birgə çalışdığı köməkçisini bu iş yerinə də özüylə aparacağını bildirib.

Mütəxəssis deyib ki, Çodarovun yoxluğunda ölkənin bir nömrəli komandasında normal fəaliyyət göstərməyə çətinlik çəkəcək. Yəni ki, o, onun üçün «olmazsa olmaz» biridir.

Belədə qurum rəsmiləri məcburiyyətdən Eyubovun üzərində dayanıb və müvəqqəti də olsa, baş məşqçi vəzifəsini ona tapşırıb.

21 yaşadək futbolçulardan ibarət milli Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Çexiya və Şotlandiya ilə qarşılaşacaq.

Komandamız oktyabrın 10-da səfərdə Çexiya, 14-də evdə Şotlandiya ilə üz-üzə gələcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti