Deşam radikal dəyişikliyə əl atmayacaq - Millimiz qarşısında

01:00 Fransa 110
Deşam radikal dəyişikliyə əl atmayacaq - Millimiz qarşısında

DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan və İslandiya ilə oyunlarda Fransa yığmasında qapını kimin qoruyacağı müəyyənləşib.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, baş məşqçi Didye Deşam radikal dəyişikliyə əl atmayacaq.

Belə ki, çalışdırıcı yığmanın aparıcı qolkiperi Mayk Menyana şans verəcəyini açıqlayıb.

O, “Milan”ın qapıçısının hazırda milliyə çağırılanlar arasında ən yaxşı olduğunu söyləyib. Deşam 23 yaşlı Luka Şevalyenin isə gələcəkdə əsas heyət üzvü olacağına inandığını vurğulayıb.

Fransa – Azərbaycan oyunu oktyabrın 10-da Parisdəki “Park de Prens” stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:20 Bu cür seçim etdilər
8 Oktyabr 07:50 Zirvədəkilər... VİDEO