Azərbaycan gimnastları 8 medal qazandı - III MDB Oyunlarında

9 Oktyabr 2025 03:20 Digər növlər 648
Azərbaycan gimnastları 8 medal qazandı - III MDB Oyunlarında

III MDB Oyunları çərçivəsində Şəki Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə yarışlara yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Azərbaycanın bədii gimnastika üzrə komandası halqalarla və gürzlərlə qrup hərəkətlərində üçüncü olub.

Fərdi yarışda Nur Sadıqova halqalarla bürünc medal qazanıb, Azadə Atakişiyeva isə topla gümüş medala sahib olub.

Bundan başqa, Fidan Qurbanlı gürzlərlə gümüş medala yiyələnib, lentlərlə hərəkətlərdə isə Azadə Atakişiyeva ikinci yeri tutub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA