Avropanın məşhur media orqanları “Qarabağ”a tərif yağdırdı

09:20 Qarabağ 289
Avropanın məşhur media orqanları “Qarabağ”a tərif yağdırdı

“Qarabağ”ın Çempionlar Liqasındakı möhtəşəm çıxışı Avropa mediasının diqqət mərkəzinə çevrilib.

Sportinfo.az xəbər verir ki, İspaniyanın məşhur “Marca” nəşri komandamızın “Kopenhagen”lə oyunda 2:0 hesablı qələbəsi haqda yazıb: “Qarabağ Avropadakı güclü duruşunu davam etdirir: ikinci qələbə!”

Digər ispan mətbu orqanı AS isə Ağdam təmsilçisinin uğurunu belə qiymətləndirib:

“Qarabağ” arzusunu yaşayır. “Benfika” qarşısında geri dönüş edərək sürpriz yaradan Azərbaycan komandası Çempionlar Liqasının qrup mərhələsində mükəmməl çıxışını sürdürür”.

Böyük Britaniyanın nüfuzlu BBC telekanalı isə Azərbaycan çempionunun tarixi nailiyyətini vurğulayaraq qeyd edib: “Qarabağ” Çempionlar Liqasında ardıcıl iki qələbə qazanaraq rekorda imza atdı”.

Beləliklə, Avropa mediası “Qarabağ”ın ardıcıl uğurlarını Azərbaycan futbolu üçün tarixi bir dönüş nöqtəsi kimi dəyərləndirilir.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 08:20 Bu cür seçim etdilər
8 Oktyabr 07:50 Zirvədəkilər... VİDEO