Norveçlilər Fransa - Azərbaycan oyununda

8 Oktyabr 2025 13:20 Milli komanda 1 290
Norveçlilər Fransa - Azərbaycan oyununda

Azərbaycan millisinin oktyabrın 10-da Fransa yığması ilə Parisdə keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Park de Prens” stadionunda təşkil olunacaq görüşü Norveçdən olan hakimlər briqadası idarə edəcək:

Matçın baş hakimi Rohit Saqqi olacaq. Ona yan xətdə Yorgen Ronninq Valstadsve və Ole Andreas Haukasen kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Daniel Higraff yerinə yetirəcək. VAR-da Tom Harald Hagen, AVAR-da Siqurd Krinqstad olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti