“Qarabağ” rəhbərliyi böyük səxavət göstərdi - Futbolçulara o qədər pul verildi ki…

13:00 Qarabağ 1 027
“Qarabağ” rəhbərliyi böyük səxavət göstərdi - Futbolçulara o qədər pul verildi ki…

«Qarabağ» Çempionlar Liqasının əsas mərhələsinə iki qələbə ilə başlayıb.

«Köhlən atlar» Portuqaliyada «Benfika»ya 3:2, Bakıda «Kopenhagen»ə 2:0 hesabıyla qalib gəlib.

Qeydə alınan uğurlu nəticələr komandanı turnir cədvəlində altıncı pilləyə yüksəltməklə yanaşı, futbolçuları maddi cəhətdən çox irəli sürüb.

Belə ki, klubun prezidenti Tahir Gözəl kollektivə böyük miqdarda mükafat fondu ayırıb.

Bu görüşlərə əsas heyətdə çıxanlar üst-üstə 170-180 min manata yaxın «ənam» əldə edib. Sonradan meydana ayaq basanlar 120-130 min manat irəli düşüb.

Ehtiyatda qalanlar da unudulmayıb: onların ümumi məbləğin 25-30 faizi qədər mükafat düşüb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti