.jpg)
Çempionlar Liqasının rəsmi "feysbuk" səhifəsi hər iki turdan qələbə ilə ayrılan komandaların loqolarını paylaşıb.
Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” 6 xalla siyahıda 6-cı yerdə qərarlaşıb.
Belə ki, Ağdam təmsilçisi “Benfika” və “Kopenhagen” matçlarında rəqib qapılarından 5 top keçirməyi bacarıb.
Xatırladaq ki, 2-ci turun yekununa əsasən, cəmi 6 komanda hər iki matçda qələbə qazanıb ki, onlardan da biri də “Qarabağ”dır.
ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar.