Fransalı ulduzlar Azərbaycanla oyundan əvvəl dəb şousu göstərdi - FOTOLAR

09:00 Fransa 246
Fransalı ulduzlar Azərbaycanla oyundan əvvəl dəb şousu göstərdi - FOTOLAR

Məlum olduğu kimi oktyabrın 10-da Azərbaycan millisi 2026-cı ilin dünya çempionatının seçmə mərhələsi çərçivəsində Fransanın qonağı olacaq.

Sportinfo.az xəbər verir ki, mundiala vəsiqə qazanmağı hədəfləyən "xoruzlar" artıq 2 gündür matçın hazırlıqlarına başlayıblar.

Komandada ciddi itkilər var. Xüsusən də hücum xəttində. "Qızıl top"un qalibi,

PSJ-nin vingeri Usman Dembele və komanda yoldaşı Bredli Barkola ilə yanaşı, "Real"ın ulduz forvardı Kilian Mbappe zədə səbəbindən yığmamızla görüşü buraxacaq. Lakin o, komandanın düşərgəsini tərk etməyib.

Zədələlərə rəğmən üçrənglilərin düşərgəsində əhval-ruhiyyə yaxşıdır. Didye Deşamın yetirmələri təkcə bacarıqları ilə deyil, həm də geyim tərzləri ilə də özlərinə psixoloji üstünlük qazandırırlar.

Hətta komanda üzvlərinin millinin düşərgəsinə gəldiyi vaxt geyindiyi geyimlər dünya mətbuatında müzakirə olunub.

Fransalı futbolçular mədəniyyətlərinə uyğun olaraq müasir dəblə ayaqlaşmağa və rəngarəng geyinməyə çalışıblar.

Bu, Fransa millisinin oyunçuları üçün ənənəyə çevrilib. Onlar hər dəfə yığmanın sıralarına maksimal dərəcədə dəbli şəkildə qoşulurlar. Hər beynəlxalq fasilə onlar üçün bir növ yeni dəb nümayişinə çevrilir.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 08:20 Bu cür seçim etdilər
8 Oktyabr 07:50 Zirvədəkilər... VİDEO