Parisdə millimizi tək qoymayan kimlər oldu? - FOTO

17:00 Milli komanda 473
Parisdə millimizi tək qoymayan kimlər oldu? - FOTO

Azərbaycan millisi Dünya Çempionatının seçmə mərhələsində Fransa ilə baş tutacaq görüş üçün dünən səfərə yollandı.

Ayxan Abbasovun komandası 6 saatlıq uçuş sonrası Paris Hava Limanına yetişdi.

Futbolçularımıza dəstək olmaq üçün aeroport gələn həmyerlilərimiz çox deyildi.

Konkretləşdirsək, yığmamız üçün özünü əziyyətə verən cəmi 2 şəxsi gördük.

Əlində bayrağımızı tutan xanım və bir də yanında yer alan bəy.

İkili böyük sevgi ilə nəinki futbolçuları, hətta nümayəndə heyətində yer alan hər kəsi bir-bir salamlayıb, uğur arzuladılar

Xatırladaq ki, Fransa - Azərbaycan görüşü oktyabrın 10-u "Park de Prens"da keçiriləcək.

Qarşılaşma saat 22:45-də start götürəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti