“Ayaks”ın yetirməsi Azərbaycana gəldi, müqayisə etdi

16:40 Hadisə 569
“Ayaks”ın yetirməsi Azərbaycana gəldi, müqayisə etdi

Azərbaycanda top qovan bəzi legionerlərin maraqlı keçmişi var.

Onlardan biri də “Karvan-Yevlax”ın uğurları üçün tər tökən Şakil Snodur.

29 yaşlı müdafiəçi futbolda ilk addımlarını 8 yaşında “Ayaks”da atıb və 11 il “qırmızı-ağlar”ın müxtəlif yaş qruplarında oynayıb.

Lakin əsas komandanın formasını geyinmək nəsib olmayıb.

Belədə, “Ayaks”ın gənclər komandası ilə yanaşı, Niderlandın “Almere Siti” və “Telstar”, Norveçin “Alesund”, Bolqarıstanın “Lokomotiv Plovdiv”, Rumıniyanın “Botoşani” və “Mioveni”, son olaraq Maltanın “Qzira Yunayted” klublarının uğurları üçün tər töküb.

Daim Avropada oynayan, “köhnə qitə”nin müxtəlif ölkələrində yaşayan niderlandlı müdafiəçi hazırda vətənindən çox-çox uzaqda, Azərbaycanda məskunlaşıb. İndiyə kimi adını heç vaxt eşitmədiyi Yevlax təmsilçisinin uğurları üçün tər tökür.

Maraqlıdır, Şakil üçün ailəsi ilə birlikdə Yevlaxda yaşamaq çətin deyil ki? Asudə vaxtlarını necə və harada keçirirlər?

Öz dilindən eşidək:

“Yevlaxdakı həyat səviyyəsi ilə bağlı bir söz deyə bilmərəm. Çünki mən ailəmlə birlikdə Mingəçevirdə yaşayıram.

Sakit və təmiz şəhərdir, insanları mehribandır. Hər gün məşqə gedib-gəlirəm, məsafə elə də çox deyil.

Mingəçevirə gəlincə, təbii ki, ən yaxşı şəhər deyil. Mənə görə Azərbaycanın ən gözəl şəhəri Bakıdır.

Əsasən bölgələrdə oynayırıq deyə, Bakıya tez-tez getmək imkanımız olmur.

“Neftçi”ylə oyunda ailəmi də aparmışdım. Şəhəri gəzmək imkanımız oldu. Hər ikimiz paytaxtınızı çox bəyəndik”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti