
Fransa millisinin daha bir futbolçusu DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçiriləcək oyundan əvvəl son məşqdə iştirak etməyib.
Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, “Liiverpul”dan heyətə cəlb edilən İbrahima Konate yüngül zədəsi olduğu üçün hazırlıq prosesinə qatılmayıb.
Daha əvvəl Kilian Mbappenin də məşqə qatılmadığı bildirilib. Hazırda millinin tibbi heyəti onların vəziyyətini qiymətləndirir.
Fransa millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti matçını Azərbaycan yığmasına qarşı keçirəcək. Qarşılaşma oktyabrın 10-da, saat 22:45-də “Park de Prens” stadionunda keçiriləcək.