“Neftçi”nin qapıçısını İspaniyadan gələn əvəzlədi

13:40 Milli komanda 1 001
“Neftçi”nin qapıçısını İspaniyadan gələn əvəzlədi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan komandasının heyətində dəyişiklik baş verib.

Sportinfo.az xəbər verir ki, “Neftçi”nin qapıçısı Nurəziz Əzizov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Fransa ilə keçiriləcək

oyunöncəsi məşqdə zədələndiyi üçün U-17-nin heyətindən çıxarılıb. Onun əvəzinə “Marcet”dən (İspaniya) Ramal Qəmbərov millinin düşərgəsinə qoşulub.

U-17 bu gün seçmə mərhələnin ilk oyununda Fransanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Kapbreton şəhərində yerləşən “Bourret” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti