
"Qarabağ"a sahib çıxın! ".
Bu çağırışı Türkiyənin tanınmış idman teleaparıcısı Ertem Şener edib.
Son vaxtlar "Qarabağ"a aid çıxışlarıyla həm ölkəsində, həm də Azərbaycanda tez-tez gündəmə gələn həmkarımız Ağdam klubunun azarkeşlərinə səslənib.
O, Qurban Qurbanov və futbolçularının daha çox dəstəyi haqq etdiklərini söyləyib. Bildirib ki, "Qarabağ" Çempionlar Liqasında qazandığı iki qələbəylə bütün dünyaya səs salıb.
Şener "köhlən atlar"ı "Qalatasaray"dan ayırmadığını deyib, əminliklə qeyd edib ki, Qurban Qurbanov bu komandayla daha böyük uğurlara imza atacaq:
"Qarabağ"a halal olsun! "Benifka" üzərində 3:2-lik qalibiyyətə təsadüf deyənlər "Kopenhagen"lə matçıda bunun belə olmadığını gördülər".
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN