Bu ölkə də DÇ-2026-ya vəsiqə qazandı

Bu ölkə də DÇ-2026-ya vəsiqə qazandı

DÇ-2026-nın seçmə mərhələsinin 9-cu turunda Misir millisi Cibutini 3:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, bu qələbə ilə Misir A qrupunda liderliyini təmin edərək mundiala vəsiqə qazanıb.

Oyunda ilk qolu 8-ci dəqiqədə İbrahim Adel vurub. “Liverpul”un hücumçusu Məhəmməd Salah isə 14-cü və 84-cü dəqiqələrdə fərqlənməklə dubla imza atıb.

Misirdən əvvəl Afrikadan DÇ-2026-nın final mərhələsinə vəsiqəni Mərakeş və Tunis də qazanıb.

2026-cı il dünya çempionatında ümumilikdə 48 milli komanda iştirak edəcək və onlar dörd komandalı 12 qrupa bölünəcək.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:20 Bu cür seçim etdilər
8 Oktyabr 07:50 Zirvədəkilər... VİDEO