Bu klubun rəhbərliyi baş məşqçiyə təzyiq göstərir? - Müəmmalı mesaj

17:40 Qəbələ 334
Bu klubun rəhbərliyi baş məşqçiyə təzyiq göstərir? - Müəmmalı mesaj

Yaxın 1-2 ildə «Qəbələ»dən milliyə tək Şahin Şahniyarov getməyəcək.

Daha bir-iki nəfər ona qoşulacaq.

Nuğay Rəşidovla Eşqin Əhmədovun ölkənin əsas komandasına dəvət alacağına inanıram.

Allah eləməsin, ağır zədə almasalar və ulduz xəstəliyinə yoluxmasalar, Kaxaber Sxadadze bu gəncləri ölkə futboluna qazandıracaq. Sözünün də iş yerində qalması şərtiylə.

Gürcü baş məşqçi bir yol tutub - təcrübəsi kasad cavanlarla Premyer Liqada qalmaq. «Araz-Naxçıvan»la qarşılaşmada ilk «11-liy»ə 6 yerlini daxil etdi.

Kaxa demək istədi ki, legioner limitinin varlığıyla yoxluğu onun üçün təfavüt eləmir, kim məşqdə özünü yaxşı tərəfdən göstərəcəksə, oyuna da o çıxacaq.

Mərdəkanda «döyüş» əsasən mərkəzdə getdi. İlk yarım saatda az-çox sürət var idi.

Ondan sonra mövqe mübarizəsi izlədik. Bərbad meydanda bundan artıq heç nə etmək olmazdı: top ayaqda sakit dayanmırdı.

Kaxa matçsonrası mətbuat konfransında bir fraza işlətdi, «məndə geri çəkilmək söhbəti yoxdur» söylədi. Bu sözün altında çox məna yatır, məncə.

Ola bilsin, idarəçilər gürcüyə təzyiq göstərir ki, legionerlərə daha artıq yer versin heyətdə.

Onlar da ki... Əksəriyyəti “yastı-yapalaq” kimi görünür.

Ən zəif seleksiyanı “Qəbələ” aparıb. Hətta “Kəpəz”dən də bərbad!

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti