Qurban Qurbanov iki oyunçunun xidmətinə ehtiyac duymadı - Görəsən, niyə?

3 Sentyabr 20:20 Qarabağ 1 059
Qurban Qurbanov iki oyunçunun xidmətinə ehtiyac duymadı - Görəsən, niyə?

“Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsi üçün iştirak ərizəsində yeni transfer Joni Montielin yer almamasının səbəbi bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu barədə qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, ispaniyalı hücumameyilli yarımmüdafiəçinin hazırlıq durumu hələ ki, baş məşqçi Qurban Qurbanovu qane etmir:

“Əslində baş məşqçimiz də istəyirdi ki, bu cür futbolçu heyətdə olsun, amma onun indiki hazırlıq durumu buna imkan vermir.

Q.Qurbanov “Karvan”la oyundan sonra da bildirmişdi ki, Montielin tam formaya düşməsi üçün müəyyən bir müddət lazımdır. Ona görə də Montielin adı iştirak ərizəsinə daxil edilməyib”.

Joni Montiel

Montieldən başqa, uzun müddət zədəli olan yarımmüdafiəçi Aleksey İsayevin də adı UEFA-ya göndərilən siyahıda yoxdur.

24 yaşlı Montiel bu yay İspaniyanın “Rayo Valyekano” klubundan transfer edilib.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
3 Sentyabr 08:30 Almeyda I Liqada - RƏSMİ
3 Sentyabr 07:40 Viruslardan necə qorunaq?