
Reykyavikdə İslandiya və Azərbaycan milli komandaları arasında keçiriləcək DÇ-2026-nın seçmə mərhələsinin oyununa təyinatlar açıqlanıb.
Sportinfo.az xəbər verir ki, qarşılaşma Niderlanddan olan hakimlər briqadasına tapşırılıb.
Matçı FIFA referisi Sander van der Eyk idarə edəcək. Ona Rens Blümink və Stefan de Qroot kömək göstərəcək.
Dördüncü hakim funksiyasını Mark Naqteqaal yerinə yetirəcək. VAR-da Jerön Mansxot, AVAR-da Klay Ruperti əyləşəcək.
Qarşılaşma Reykyavikdəki "Lauqardalsvöllur" stadionunda, saat 22:45-də start götürəcək.