
Bu gün Çempionlar Liqasında əsas mərhələyə adlayan son 4 komanda müəyyənləşəcək.
Sportinfo.az xəbər verir ki, pley-offun cavab görüşləri çərçivəsində Azərbaycan təmsilçisi “Qarabağ” Bakıda “Ferentsvaroş”la qarşılaşacaq.
Türkiyənin “Fənərbaxça” komandası “Benfika”nın qonağı olacaq. “Kopenhagen” “Bazel”lə, “Brügge” isə “Reyncers”lə üz-üzə gələcək.
Ötən gecə “Kayrat”, “Pafos” və “Budo-Qlimt” liqa mərhələsinə vəsiqə əldə ediblər.
20:45. Qarabağ (Azərbaycan) – Ferentsvaroş (Macarıstan)
İlk oyun – 3:1
23:00. Kopenhagen (Danimarka) – Bazel (İsveçrə)
İlk oyun – 1:1
23:00. Benfika (Portuqaliya) – Fənərbaxça (Türkiyə)
İlk oyun – 0:0
23:00. Brügge (Belçika) – Reyncers (Şotlandiya)
İlk oyun – 3:1