
“Araz-Naxçıvan” - “Qəbələ” matçından sonra qonaq komandanın baş məşqçisi Kaxaber Tsxadadze yenə çarəsiz vəziyyətdə idi.
Vaxtilə “İnter”lə (indiki “Şamaxı”) Azərbaycan çempionluğunu bayram edən gürcü çalışdırıcı ardıcıl ikinci yenilginin acısını yaşayırdı.
Məşqçilik karyerasında daim büdcəli və iddialı klublarda əsas söz sahibinə çevrilən Tsxadadze 2024-ün fevralından bu yana “Qəbələ”nin nəticələrinə cavabdehlik daşıyır.
Geridə qalan müddətdə bölgə təmsilçisi elitanı tərk etdi, I Liqada mübarizə apardı və 3 turdan sonrra autsayderlər sırasında yer alıb.
Tsxadadze 90 dəqiqə boyunca susmaq bilmir, elə hey qışqırır, futbolçuların etdiyi səhvlərə görə başını tutur, oyun başa çatanda texniki zonanı sulu köynəklə tərk edir.
Bunları nəzərə alıb, ona belə bir sual ünvanladım.
-Bu qədər narahatlıq və stress keçirirsiniz. Hansısa xəstəliyə tutulacağınızdan ehtiyat etmirsiniz ki?
Cavabı təxminən bu şəkildə oldu.
-Məni nələrin gözlədiyini əvvəldən bilirdim. Stress, əsəb işimizin bir parçasıdır. Nəticə qazanmaq üçün bəzən belə vəziyyətlə üzləşirik. Nə olacağını zaman göstərəcək. Ümid edirəm ki, pis bir şey olmaz.
Kaxa kameralar qarşısında deyə bilmədiyini konfrans otağını tərk edəndə yarızaradat-yarıciddi şəkildə dilinə gətirdi:
“Həbib, ölsəm, qəbrimin üstünə gələrsiz”.
HƏBİB / SPORTİNFO.AZ