Portuqaliya - Azərbaycan oyununun adamları - UEFA-nın seçimi

3 Sentyabr 2025 11:20 Milli komanda 836
Portuqaliya - Azərbaycan oyununun adamları - UEFA-nın seçimi

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Portuqaliya – Azərbaycan oyununun hakimləri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, görüşü Kiprdən olan hakimlər briqadası idarə edəcək. Bu barədə UEFA-nın saytı məlumat yayıb.

Baş hakim Konstantinos Fellas olacaq. Ona yan xətt hakimləri Pavlos Georgiu və Giorgios Çaralampus kömək edəcək. Dördüncü hakim funksiyasını isə Dmitris Solomu yerinə yetirəcək.

Sentyabrın 5-də keçiriləcək Portuqaliya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...