Uğursuzluq yaşayan baş məşqçidən ŞOK RAPORT! – 4 nəfər qəsdən oynamır, əleyhimə iş görür

15:00 Qalmaqal 1 098
Uğursuzluq yaşayan baş məşqçidən ŞOK RAPORT! – 4 nəfər qəsdən oynamır, əleyhimə iş görür

«Kəpəz» yaxın günlərdə 4 legionerlə yollarını ayıra bilər.

Baş məşqçi Adil Şükürov düşərgədən göndərilməsini istədiyi əcnəbi futbolçuların adlarını rəhbərliyə təqdim edib. Söhbət

Olavale Onanuqa, Otar Aptsiauri, Vitor Feijao Luis və Luis Paçudan gedir.

Premyer Liqanın ilk üç turunda məğlubiyyətlə üzləşən «Kəpəz»də toplantı keçirilib.

Gəncədə deyil, Bakıda təşkil olunan yığıncaq bir neçə saat davam edib.
Müşahidə Şurasının yeni sədri Adil Vəliyevin iştirakıyla gerçəkləşən tədbirə Adil Şükürov da qatılıb.

Saytımız görüşün məzmununa dair bəzi bilgilər toplayıb. Redaksiyamıza məlum olub ki, baş məşqçi «Sumqayıt»a 0:3, «Karvan»a 2:3 və «Zirə»yə 0:5 hesablı yenilgilərin səbəbləri barədə geniş raport verib.

Çalışdırıcı komandanın hələ tamamilə formalaşmadığını, bəzi futbolçuların onun ümidlərini doğrultmadığını bildirib. Şükürov yuxarıda adları qeyd olunan oyunçulardan şübhələrini dilə gətirib.

Legionerlərin qəsdən zəif təsir bağışladığını, qruplaşma yaratdıqlarını, düşərgədə ab-havanı pozduqlarını, onun əleyhinə danışdıqlarını, istefaya göndərilməsini istədiklərini iddia eləyib.

Doqquz aydan sonra «sarı-göylər»in sükanı arxasına dönmüş mütəxəssis deyib ki, uğursuzluq zolağından çıxmaq üçün onlara vaxt lazımdır.

A.Vəliyev situasiyanı dəyişmək üçün zamanın az olduğunu söyləyib. Sədr baş məşqçiyə 2 turluq möhlət hüququ tanıyıb.

O, «Araz-Naxçıvan» və «Qəbələ» ilə qarşıdakı matçlarda minimum 4 xal qazanılmasını tələb kimi irəli sürüb.

Qəti şəkildə xəbərdarlıq eləyib ki, əgər komanda qarhısına qoyulan bu məqsədi yerinə yetirməsə, islahatlara başlayacaq. Vəliyev prosesə elə Şükürov və köməkçilərindən start verəcəyini gizlətməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti