QALMAQALLI OLAY! Arvadını aldatdı, məşuqəsini təhdid etdi

02:50 Hadisə 161
QALMAQALLI OLAY! Arvadını aldatdı, məşuqəsini təhdid etdi

Braziliya yığmasının, PSJ və “Çelsi”nin keçmiş oyunçusu David Luizin yenidən qalmaqalın qəhrəmanına çevrilib.

Sportinfo.az xəbər verir ki, “LeoDias” portalı braziliyalı futbolçu və onun keçmiş sevgilisi Karol Kavalkantenin yer aldığı bir sıra aşkar materialları dərc edib.

Karolun dediyinə görə, onların tanışlığı bu ilin iyulunda Luiz onun “İnstaqram” hesabına abunə olanda başlayıb.

Tez bir zamanda gizli bir romantikaya çevrilən ünsiyyət başlayıb. Qız hətta Fortalezada futbolçunu ziyarət edib, lakin sonradan münasibətlər oyunçunun qəribə təklifləri ilə pozulub, xüsusən də üçlü seks təklifindən sonra.

Karolun sözlərinə görə, münasibət bitəndə futbolçu onu təhdid etməyə başlayıb. İş materiallarında David Luizin 100.000 reala "susmaq” təklifi etdiyi də yer alıb.

Daha da şokedici odur ki, o, mesajlarında 2010-cu ildə qapıçı Bruno ilə münasibətdən sonra öldürülən model Elisa Samudionun faciəvi hekayəsinə işarə edib.

Ceara əyalətinin məhkəməsi futbolçuya qarşı tədbirlər görüb: Karola 100 metrdən yaxın yaxınlaşmaq, hər hansı şəkildə əlaqə saxlamaq və onun foto və ya məlumatlarını yaymaq qadağan edilib.

Pozuntu halında, Luiz "Maria da Pena" qanununa əsasən 2 ildən 5 ilə qədər həbs oluna bilər.

David Luizin nümayəndələri hər hansı ittihamı rədd edirlər. Rəsmi açıqlamada oyunçunun "Heç vaxt Karolla şəxsən görüşmədiyi" və bütün əlaqələrin qısa yazışmalarla məhdudlaşdığı qeyd edilir. İş gizli şəkildə aparılır.

Digər Xəbərlər
Xəbər Lenti