“Hər şeyi sona buraxmamaq üçün indi Azərbaycandan xal almalıyıq"

3 Sentyabr 2025 02:00 Milli komanda 593
“Hər şeyi sona buraxmamaq üçün indi Azərbaycandan xal almalıyıq"

PSJ və Ukrayna millisinin müdafiəçisi İlya Zabarnıy DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda Fransa (5 sentyabr) və Azərbaycan (9 sentyabr) komandalarına qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, “tribuna.com”a açıqlama verən müdafiəçi millimizə qarşı görüşün çətin keçəcəyini bildirib:

"Həqiqətən, bu matçları səbirsizliklə gözləyirəm. Onlar həm bizim, həm də bütün Ukrayna üçün çox vacibdir.

Ona görə də çox yaxşı hazırlaşacağımızı gözləyirəm. Çox çətin rəqibimiz var, amma onlara qarşı oynaya bilərik.

Səfərdə Azərbaycana qarşı ikinci oyunumuz da var. Bizi çətin görüş gözləyir.

Çünki rəqib də çətindir. Hər şeyi sona buraxmamaq üçün indi xal almalıyıq".

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...