
“Barselona”nın müdafiəçisi Jül Kunde “qızıl top”u kimin qazanmalı olduğu sualına cavab verib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komanda yoldaşı Lamin Yamal və PSJ-nin yarımmüdafiəçisi Osman Dembele arasında qalıb:
“Lamin Yamal və ya Osman Dembele. Düşünürəm ki, onların hər ikisi bu mükafata layiqdirlər. Qoy, ən yaxşı olan qazansın”.
Yamal 2024/25 mövsümündə bütün yarışlarda 55 matçda 18 qol vurub və 25 məhsuldar ötürmə edib.
Dembele isə 2024/25 mövsümündə 53 matçda 35 qol vurub və 16 məhsuldar ötürmə verib.
Hazırda “qızıl top”un sahibi “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri Hernandesdir.