
"Qarabağ"ın 19 yaşadək komandası (U-19) UEFA Gənclər Liqasında mübarizə aparacaq.
Gənclər Liqasının reqlamentinə əsasən, Çempionlar Liqası yolu ilə gedən komandalar əsas klubların Çempionlar Liqasında yalnız ilk 6 matçındakı rəqiblərin U-19-u ilə qarşılaşa bilər.
Bu səbəbdən də ağdamlıların "Ayntraxt" və "Liverpul"la oyunları baş tutmayacaq.
Bu mərhələdə ilk 22 komanda 3-4 fevralda keçiriləcək 1/16 finala vəsiqə qazanacaq.
«Qarabağ» qarşıdakı yarışa hazırkı heyətlə qatılmaq istəmir. Rəşad Sadiqovun çalışdırdığı kollektivə bir neçə legionerin cəlb edilməsi planlaşdırılıb. Rəhbərliyin bütün cəhdlərinə rəğmən, hələlik danışıqlar aparılan əcnəbi gənclərin heç biriylə razılaşma əldə olunmayıb. Onlardan biri - braziliyalı hücumameylli yarımmüdafiəçi öncə Azərbaycana gəlməyə «hə» söyləsə də, son anda fikrindən daşınıb.
SPORTİNFO.AZ