Kim deyir ki, "Qarabağ" ÇL-də “qapazaltı” olacaq?

3 Sentyabr 22:20 Qarabağ 458
Kim deyir ki, "Qarabağ" ÇL-də “qapazaltı” olacaq?

"Qarabağ" yenidən tarix yazaraq Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazandı.

İndi isə əsas sual Ağdam klubunun burada nə edəcəyidir.

ÇL dünyanın gözünün olduğu bir yarışdır. Belə bir ortamda təmsilçimiz olması hamımızı qururlandırmalıdır.

Bu cür yarışda "Qarabağ"ın iştirak etməsindən sadəcə həzz almaq lazımdır.

Görürəm kimlərsə, komandanın böyük hesabla uduzacağından narahatdır.

Bəli, işin için də belə bir ehtimal var. Amma ÇL-də İspaniya nəhəngi "Barselona" belə darmadağın olunubsa, "Qarabağ"dan narahat olmağa dəyməz.

Ancaq bu hadisə bir ya iki görüşdə baş verə bilər. Bütün qrup matçlarını əhatə edəcəyinə inanmıram.

Bizim yaxşı tanıdığımız Qurban Qurbanov asan təslim olan adam deyil.

Əminəm ki, indidən rəqibləri analiz edir, hazırlıq başlayıb.

Bütün kollektivi inandıra biləcək ki, buradan xal(lar) qazanmaq mümkündür.

Ona görə də rahat olun, "Qarabağ" nəinki qapazaltı olmayacaq, hətta 2017-ci ildə olduğu kimi sürpriz nəticələrlə Bütün Avropanı heyrətləndirməyə davam edəcək.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 08:30 Almeyda I Liqada - RƏSMİ
3 Sentyabr 07:40 Viruslardan necə qorunaq?