
AFFA İntizam Komitəsi "Neftçi"nin legioneri İqor Ribeyronu cəzalandırıb.
Sportinfo.az xəbər verir ki, qurumun bugünkü iclasında belə qərar qəbul edilib.
Qərarda qeyd olunub ki, 25 yaşlı müdafiəçi “Turan Tovuz” oyunun 55-ci dəqiqəsində təcavüzkar davranışa yol verib (rəqibi vurub).
Nəticədə o, birbaşa qırmızı vərəqə alıb. AFFA İntizam Komitəsi bu səbəbdən də braziliyalı futbolçunu 3 oyunluq cəzalandırıb.
Paytaxt təmsilçisi isə 3000 manat cərimələnib.
Bu ilin avqust ayının 1-də "Araz-Naxçıvan"dan "Neftçi"yə keçib.