
“Kayrat” tarix yazaraq Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Qazaxıstan klubunun baş məşqçisi Rafael Urazbaxtin böyük uğuru belə dəyərləndirib:
“Bizim qarşımıza çempionatda qalib gəlmək, kuboku qazanmaq və avrokuboklarda irəliləmək məqsədi qoyulmuşdu. Birini reallaşdırdıq.
Əslində, Çempionlar Liqasının liqa mərhələsini gözləmirdik, ən pis halda Konfrans Liqasında oynamağı düşünürdük.
Amma indi özüm də inana bilmirəm – biz ordayıq! Mən belə bir şeyin xəyalını belə, qurmamışdım”.
Qazaxıstanlı mütəxəssis maraqlı bir detal da açıqlayıb:
“Matçdan əvvəl futbolçulara qrupda ola biləcək komandaların siyahısını göstərdik. Hamısı dünya nəhəngləri idi.
Rəqiblərin şəkillərini divara asdıq ki, futbolçular motivasiya alsınlar. Çünki belə bir fürsət bəlkə də, həyatda bir dəfə qismət olur. İstərdim ki, komandamız ən güclü klublarla qarşılaşsın”.
“Kayrat” pley-offda Şotlandiya “Seltik”inə qarşı hər iki oyunda 0:0 hesablı heç-heçə edib, penaltilərdə isə 3:2 hesabı ilə qalib gələrək, liqa mərhələsinə adlayıb.