Millinin baş məşqçisi AFFA-ya söylədi ki...

3 Sentyabr 2025 23:20 Milli komanda 945
Millinin baş məşqçisi AFFA-ya söylədi ki...

Azərbaycan U-21 millisinin baş məşqçisi Ayxan Abbasov Avropa çempionatının seçmə mərhələsində Portuqaliya yığmasına qarşı keçiriləcək oyunla bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, o, AFFA-nın mətbuat xidmətinə açıqlamasında görüşə yaxşı hazırlaşdıqların deyib:

“Portuqaliya ilə oyun bizim ilk rəsmi matçımız olacaq. Səfərdə Portuqaliya, ardından isə evdə Bolqarıstan yığması ilə qarşılaşacağıq.

İlk rəqibimiz Portuqaliya çox güclü komandadır. Son Avropa çempionatında iştirak edən U-21 komandasından hazırda 9 futbolçu heyətdələrindir.

Böyük klublarda çıxış edən futbolçuları var. Amma biz də matça yaxşı hazırlaşırıq.

Belə böyük rəqiblərlə qarşılaşmaq futbolçularımızın gələcəyi üçün önəmlidir. İnanıram ki, həm Portuqaliya, həm də Bolqarıstanla görüşdə yaxşı mübarizə aparacağıq”.

Sentyabrın 5-də Barseluş şəhər stadionunda təşkil olunacaq Portuqaliya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...