“Qarabağ”a qalib gəlmək üçün lazımi keyfiyyəti var"

“Qarabağ”a qalib gəlmək üçün lazımi keyfiyyəti var"

"Qarabağ" zəngin beynəlxalq təcrübəyə malik komandadır.

Sportinfo.az xəbər verir ki, bunu Macarıstan "Ferentsvaroş"unun sabiq futbolçusu İqor Haratin deyib.

Klubun rəsmi saytına müsahibə verən 30 yaşlı ukraynalı yarımmüdafiəçi komandanın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi haqqında fikirlərini bölüşüb:

"Qarabağ"la matçlar çətin olacaq. Söhbət zəngin beynəlxalq təcrübəyə malik olan komandadan gedir.

Bu səbəbdən "Ferentsvaroş"u asan qarşılaşmalar gözləmir. Buna baxmayaraq, kollektivin qalib gəlmək üçün lazımi keyfiyyəti var".

"Qarabağ" bu rəqibə qarşı ilk oyununu avqustun 19-da səfərdə, cavab matçını 27-də evdə keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
14 Avqust 20:20 Elmar Baxşıyev fərqi...
14 Avqust 16:20 "Sabah" - 6000 SATILIB