"Qarabağ"ın məğlubiyyətini kölgədə qoyan XOŞ HADİSƏ

24 Avqust 21:40 Qarabağ 426
"Qarabağ"ın məğlubiyyətini kölgədə qoyan XOŞ HADİSƏ

"Qarabağ" mövsümə məğlubiyyətlə başladı.

Ağdam təmsilçisi doğma meydanda "Sumqayıt"a uduzdu - 0:1.

Hardasa gözlənilən idi.

Ağır Macarıstan səfərindən sonra əsas heyətə istirahət verilmişdi.

Bugünkü "Qarabağ"ın ehtiyat qüvvəsi isə yaxşı formasından çox uzaqdır.

Şahruddindən başlayaraq Mmae daxil Kaşuka kimi.

Nəticə "köhlən atlar"ın ürəyincə olmaya bilər, amma bir məqam hamımızı sevindirməlidir.

Qurbanov meydana nə az, nə çox 6 yerli oyunçu ilə çıxmışdı. Arasında klubun yetirməsi olan 18 yaşlı Hikmət Cəbrayılzadə də yer alırdı.

Akademiya üzvü 73 dəqiqə meydanda oldu. Özünü də kifayət qədər yaxşı tərəfdən göstərdi. Təcrübəli mütəxəssis oyunu gənc oyunçunun üzərində qurmuşdu.

Bir uşağın böyüməsi, inkişaf etməsi üçün bundan əla fürsət?

Hikməti Akademiya koordinatoru Aftandil Hacıyev təqdim edib, əsas komandanın baş məşqçisi Qurban Qurbanov da maksimum istifadə edir. Bunun adı daxili kommunikasiyadır.

Görünən odur ki, təcrübəli mütəxəssis limitin olub-olmamasından asılı olmayaraq öz həmyerlilərinə güvənməyə, inanmağa davam edəcək.

Bir çox kolleqalarından fərqli olaraq...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
24 Avqust 22:55 Bura onun yeri deyil
24 Avqust 20:00 Çək və bizə göndər!
24 Avqust 10:40 5 cavabsız qol - VİDEO
24 Avqust 04:50 Niderlanda uduzduq