“Ferentsvaroş”a soyuq münasibət – “Qarabağ”a müraciət etdilər

16:30 Qarabağ 862
“Ferentsvaroş”a soyuq münasibət – “Qarabağ”a müraciət etdilər

Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında “Qarabağ”a 3:1 hesabı ilə uduzan “Ferentsvaroş” revanş arzusundadır.

Azərbaycan çempionunun doğma meydanda və doğma azarkeşlərinin önündə oynayacağını nəzərə alsaq, macarların işi heç də asan olmayacaq.

Maraqlıdır ki, oyun günü stadionda çox az sayda tərəfdar “Fradi”ni qələbəyə səsləyəcək.

Belə ki, “Ferentsvaroş”dan “Qarabağ”a edilən müraciətdə qonaq tribunada təxminən 20 nəfərə yer aydılması bildirilib.

Halbiki, ölkənin əsas komandasının əvvəlki səfər matçlarını 200-dən artıq azarkeş canlı izləyib.

Maraqlıdır ki, macar həmkarlarımız da qarşılaşmaya xüsusi diqqət ayırmayıb. Oyunu işıqlandırmaq üçün Macarıstandan Bakıya gəlməyəcəklər.

Budapeştdəki ilk qarşılaşma 3:1 hesabı ilə “Qarabağ”ın xeyrinə başa çatıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq cavab dueli saat 20:45-də start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti