
“Qarabağ” mövsümə məğlubiyyətlə başladı.
Ötən həftə səfərdə “Ferentsvaroş”u 3:1 məğlub edərək Çempionlar Liqasının Liqa mərhələsinin qapılarını aralayan ağdamlılar “Azersun Arena”da “Sumqayıt”a boyun əydi – 0:1.
Oyun başa çatandan sonra üzgün futbolçuların bəziləri açıqlama verməkdən boyun qaçırsalar da, qanalı yarımmüdafiəçi Emmanuel Addai təəssüratlarını Sportinfo.az-a bölüşdü:
“Çempionatın ilk oyunu idi. Futbol belədir, bəzən işə tam ciddi yanaşmayanda sonu belə olur.
“Sumqayıt” qeyri-ciddi heç nə etmədi. Hər iki komanda mübarizə aparırdı.
Sadəcə, biz şansları dəyərləndirə bilmədik. Onlar isə bir qol vurmağı bacardı.
Sona yaxın təkqapıya oynayırdıq. Bir neçə real şansı əldən verdik.
Eybi yox, çempionat yeni başlayıb, itirilən 3 xalı bərpa edərik”.
HƏBİB