“Braqa”nın sabiq hücumçusu “Qarabağ” yolunda?

24 Avqust 2025 14:25 Qarabağ 8 018
“Braqa”nın sabiq hücumçusu “Qarabağ” yolunda?

"Feyrense"nin forvardı Leandro Antuneşin "Qarabağ"a keçə biləcəyi haqda xəbərlər yayılmışdı.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı hücumçu böyük ehtimalla Ağdam klubuna keçməyəcək.

Belə ki, 28 yaşlı futbolçunun transferi "Qarabağ" üçün prioritet məsələ deyil. Məlumata görə, Antuneş bir müddət əvvəl siyahıda yer alıb, lakin sonradan ölkə çempionu onun transferində maraqlı olmayıb.

2024-cü ildən “Feyrense”də çıxış edən forvardın müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Antuneş “Braqa”B, “Vilafrankense”, “Marinhense”, “Leyriya”(hamısı Portuqaliya) klublarında oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO