“O, risk etdi, yanlış qərar verdi, buna ehtiyac yox idi”

“O, risk etdi, yanlış qərar verdi, buna ehtiyac yox idi”

Almaniya millisinin sabiq futbolçusu Mixael Ballak Çempionlar Liqasının 5-ci turunda “Bayern”in “Arsenal”la qarşılaşmasıda (1:3) münhenlilərin qapıçısı Manuel Noyerin buraxdığı səhvi şərh edib.

“Bayern”in qolkiperi rəqibin əks-hücumu zamanı topun qarşısını almaq üçün qapıdan çıxaraq meydanın ortalarına qədər irəliləyib.

“Arsenal”ın hücumçusu Qabriel Martinelli bu vəziyyətdən istifadə edərək, topu Noyerin sağından ataraq onu boş qapıya göndərib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı sabiq futbolçu, Noyerin yanlış qərar verdiyini bildirib:

“Buna ehtiyac yox idi. Noyer yanlış qərar verdi.

Topun dalınca gedirsə, onu qazanmalıdır, özü də bunu yaxşı bilir. O, risk etdi və bunun mənfi nəticəsini gördü”.

“Bayern” Çempionlar Liqasının növbəti turunda Lissabon “Sportinq”i ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 23:40 “Final? Biz istəyirik”
27 Noyabr 19:00 Belə klub idarə edilməz!
27 Noyabr 18:10 Çək və bizə göndər!