“Qalib gəlməmək üçün heç bir səbəbimiz yoxdur”

“Qalib gəlməmək üçün heç bir səbəbimiz yoxdur”

“Qalatasaray”ın baş məşqçisi Okan Burukun Çempionlar Liqasında 5-ci tur matçı öncəsi mətbuat konfransı keçirilib. “Cim-bom” bu gün Belçikanın “Yunion” komandası ilə qarşılaşacaq.

Oyunun start fiti saat 21:45-də səslənəcək.

Sportinfo.az xəbər verir ki, türkiyəli çalışdırıcı mətbuat konfransında rəqibə hörmətlə yanaşdıqlarını bildirib:

“Rəqibimizi hörmətlə qarşılayırıq. Onlar öz liqalarının liderləridir.

Çox yaxşı təşkilatlanmış və fiziki cəhətdən güclü komandadırlar. Amma biz öz keyfiyyətimizi göstərsək, qalib gəlməmək üçün heç bir səbəbimiz yoxdur.

Əsas hədəfimiz top-24-lükdə olmaqdır. İkinci hədəfimiz top-16-lığa çıxmaq və favorit komanda olmaqdır. Böyük arzumuz isə top-8-likdir”.

Komandanın aparıcı futbolçusu Viktor Osimhenin durumuna dair sualı cavablandıran Okan Buruk, qərarın matç günü veriləcəyini bildirib.

Həmçinin “Yunion”un standart vəziyyətlərdəki güclü çıxışını nəzərə alaraq, son məşqlərdə bu istiqamətə xüsusi diqqət yetirdiklərini vurğulayıb.

“Qalatasaray” Çempionlar Liqasında 4 turdan sonra 9 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. “Yunion” isə 3 xalla 28-cidir.

Digər Xəbərlər
Xəbər Lenti