“Oyunun startı mənim üçün çətin oldu, çox səhvlər etdim”.
Sportinfo.az xəbər verir ki, bunu İtaliyanın “Napoli” klubunun futbolçusu Skott Maktominey evdə “Qarabağ”ı 2:0 hesabı ilə məğlub etdikləri Çempionlar Liqası oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
Görüşün 66-cı dəqiqəsində hesabı açan şotland yarımmüdafiəçi ikinci hissədə komandasının daha yaxşı oynadığını bildirib:
“İkinci hissədə daha yaxşı oynamağa başladıq. Məncə, daha çox qol vura bilərdik.
Komandaya fayda vermək istəyirəm. Qol vurub-vurmamağımın fərqi yoxdur.
Baş məşqçi Antonio Konte məndən hər zaman yüksək performans tələb edir. Bu gün komandamıza təbrik düşür,
Çempionlar Liqasında çox vacib üç xal qazandıq. Azarkeşlər möhtəşəm atmosfer yaratmışdılar”.

