"Qarabağ" "Barselona" və "Napoli" ilə qonşu oldu - FOTO

"Qarabağ" "Barselona" və "Napoli" ilə qonşu oldu - FOTO

"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinin V turundan sonra turnir cədvəlinin 19-cu pilləsində yer alıb.

Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv "Barselona", eləcə də "Napoli" ilə eyni xala malikdir - 7.

Ağdam təmsilçisinin növbəti rəqibi olan Niderland "Ayaks"ı isə turnirdə xal qazanmayan yeganə komandadır.

Turnir cədvəlinə beş oyunun hamısında qalib gələn İngiltərə "Arsenal"ı başçılıq edir. Türkiyə çempionu "Qalatasaray" isə 9 xalla 14-cü sırada qərarlaşıb.

"Qarabağ" "Ayaks"ı dekabrın 10-da qəbul edəcək. Təmsilçimiz gələn ilin yanvarın 21-də Bakıda Almaniyanın "Ayntraxt Frankfurt" klubu ilə, 28-də isə İngiltərədə "Liverpul"la qarşılaşacaq.

"Qarabağ" "Barselona" və "Napoli" ilə qonşu oldu

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 23:40 “Final? Biz istəyirik”
27 Noyabr 19:00 Belə klub idarə edilməz!
27 Noyabr 18:10 Çək və bizə göndər!