“Qarabağ”ın qapıçısı Mateuş Koxalski (Matthew Kochalski) bu mövsüm komandasının ən uğurlu oyunçularından biridir.
Sportinfo.az xəbər verir ki, 24 yaşlı polşalı dünən gecə Çempionlar Liqasında “Napoli”yə qarşı səfər matçında (0:2) da inamlı oyunu ilə fərqlənib.
O, 56-cı dəqiqədə Rasmus Heylunun vurduğu penaltini qaytara bilib. Ümumən isə Koxalsli “Napoli” ilə görüşdə düz 8 dəfə seyv edib.
Bu əla göstərici sayəsində Mateus Çempionlar Liqasının Liqa mərhələsindəki seyvlərinin sayını 17-ə çatdırıb. Bu nəticə ilə o, yarışda ən çox seyv qapıçıları siyahısında 11-ci yürə yüksəlib.
UEFA-nın statistik hesabatına əsasən ilk 11-lik isə belədir:
1. Nikita Haykin (“Bodo”/“Glimt”) - 31 seyv
2. Xeronimo Rulyi (“Olimpik”) - 29
3. Tibo Kurtua (“Real”) - 22
4. Nik Poup (“Nyukasl”) - 21
5. Neofitos Mixail (“Pafos”) - 20
6. Marko Karnesekki (“Atalanta”) - 18
7. Mark Flekken (“Bayer”) - 18
8. Nordin Yakers (“Brügge”) - 18
9. Vanya-Milinkoviç Saviç (“Napoli”) - 18
10. Anatoli Trubin (“Benfika”) - 18
11. Mateuş Koxalski (“Qarabağ”) - 17

